Qədim bir hind məsəli var: “At öldü, düş üstündən”. Ilk baxışda çox sadə görünsə də, əslində qəliz məsələdir.
1. Biz özümüzü inandırmağa çalışırıq ki, hələ ümid var (at isə ölüb).
2. Biz özü atı daha da güclü vururuq.
3. Biz deyirik ki “vaxt var idi, atı çapırdıq”.
4. Biz ölü atın dirilməsi üçün xüsusi mərasim təşkil edirik (amma at ölüdür).
5. Biz özümüzə izah edirik ki, bizim ölü atımız daha yaxşı, daha sürətli və daha ucuzdur.
6. Biz atın yanında oturub, ölü atı inandırmağa çalışırıq ki, ölməsin (amma o, artıq ölüb).
7. Biz ölü atları daha möhkəm çapmağa kömək edən vasitələr alırıq).
8. Biz hansı atların “ölü” hesab olunması ilə bağlı meyar və kriteriləri dəyişməyə çalışırıq.
9. Biz müxtəlif ölü atları bir yerə yığırıq ki, onlar birlikdə özünü daha yaxşı və rahat hiss etsinlər, guya ki birlikdə olanla onları daha sürətlə çapmaq olacaq.
10. Biz ölü atlar üzrə mütəxəssisi işə cəlb edirik.
Amma məsələnin mahiyyəti dəyişilməz qalır: At öldüsə, sadəcə ağla.