13 C
Baku
Friday, April 19, 2024

“Ata Bank” da manat və dollarda olan depozit faizlərini endirib

“Ata Bank” ASC fiziki şəxslər üçün nəzərdə tutduğu 3 depozit məhsulunun manat və xarici valyutada cəlbindəki faiz dərəcələrini dəyişməklə, aşağı endirib.

Banker.az-ın monitorinq qrupu bildirir ki, Bankın “Universal Depoziti”nin və “VIP Depoziti”nin manatda olan illik faizini 12%-dən 10%-ə, ABŞ dollarında isə 3%-dən, 2,5%-ə qədər azaltmalı olub. Həmçinin bank hər iki valyutada depozitlərin maksimum müddətini 60 aydan 36 aya qədər azaldıb.

Bank azaltmanı digər yığım əmanətində də edib. Belə ki, “Ata Bank” bu günə qədər ABŞ dollarında illik 2 faizlə qəbul etdiyi halda, bundan sonra 1,75% ilə cəlbini planlayır.

Xatırladaq ki, bu növ dəyişiklər artıq son günlərdə bir neçə Azərbaycan bankları tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər