23 C
Baku
Friday, April 19, 2024

Ata Bank-dan Mərkəzi Bankın son faiz qərarına ilk ‘reaksiya’

Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsini 8,5-dən 8,25-ə endirəndən sonra ilk reaksiya “Ata Bank” ASC-dən gəlib. Bu barədə Banker.az məlumat verir.

Bank fiziki şəxslərə verdiyi istehlak kreditlərinin illik faizini 2-3 faiz bəndi azaltmalı olub. Belə ki, istehlak krediti olan “Express Kreditin” illik faiz dərəcəsini 23%-dən 20%-ə (yuxarı həddini 26-dan həmçinin 24%-ə qədər) qədər azaltmalı olub. “Express Kreditdə digər bir dəyişiklik isə maksimal məbləğin 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırılması olub.

Digər bir maraqlı məqam isə, “Overdraft” və “Lombard” kreditlərinin faiz dərəcələrini əksinə artırmalı olub.

“Overdraft” kreditin faiz dərəcəsini 4 faiz bəndi artırmaqla 28%, “Lombard” kreditin faiz dərəcəsini 2 faiz bəndi artırmaqla 24%-ə qaldırıb.

Həmçinin bank lombard kreditin maksimal məbləğini 10 000 AZN-dən 15 000 AZN-ə qədər artırıb.

Daha ətraflı Banker.az-ın “Məhsul Kataloqu”-dan baxa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər