13 C
Baku
Friday, April 26, 2024

Ata Bank-dan daha bir qərar: Depozit faizlərini endirir

“Ata Bank” ASC ötən gün istehlak kreditlərinin faizlərinə dəyişiklikdən sonra bu gün əmanət faizlərinə də dəyişiklik edib.

Banker.az bu barədə Bankın saytına istinadən xəbər verir.

“Ata Bank” “Unversal” əmanətinin manatda illik faiz dərəcəsini 10%-dən 4,5%-ə,  ABŞ dollarında 2,5%-dən 1,5%-ə və avroda 1,25%-dən 0,75%-ə qədər endirib.

Bank yüksək məbləğlər üçün nəzərdə tutduğu və yalnız yüksək statuslu müştərilərin yararlana biləcəyi əmanət növü olan “VIP əmanət”in illik faiz dərəcəsini də 10%-dən 4,5%-ə qədər və ABŞ dollarında isə 1,25%-dən 1%-ə qədər azaltmalı olub.

Kommersiya bankı “Yığım əmanəti”inin də illik faiz dərəcəsini manatda 8%-dən 2,5%, ABŞ dollarında 1,75%-dən 1%-ə və avroda isə 0,75%-dən 0,50%-ə qədər azaldıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən həftənin cümə günü İdarə Heyətinin iclasından sonra uçot faiz dərəcəsini 8,5%-dən 8,25%-ə qədər azaltmağı qərara alıb. Bu qərara ilk reaksiya verən banklardan hələki ilki “Ata Bank”dır. Belə ki, ötən gün də kredit faizlərinin bir neçəsinə “əl gəzdirmişdi”.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər