“Ata Bank” ASC-nin cəmi aktivləri cari ilin ilk rübündə 579,22 mln. manat təşkil edib. Bu rüblük cüzi azalsa da ötən ilin eyni dövrü ilə müqayisədə 7%-ə yaxın kiçilib.
Banker.az bu barədə Bankın 2019-cu ilin I rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövrünün sonuna kredit portfelinin həcmi 421,5 mln. manatdır ki, burada cəmi 157,13 mln. manatı xarici valyutada verilən kreditlərdir.
Bankın cəmi öhdəlikləri 435,89 mln. manat təşkil edib ki, bunun da 302,33 mln. manatı müştərilərdən cəlb etdiyi əmanət porteflidir. Əmanət portfeli rübün əvvəli ilə müqayisədə cüzi, yəni, 2%-ə yaxın kiçilib.
Bank bu ilin I rübünü də mənfəətlə tamamladı
“Ata Bank”ın cəmi faiz gəlirləri 2019-cu ilin yanvar-mart ayları ərzində 8,63 mln. manat, cəmi faiz xərcləri 5,62 mln. manat, qeyri-faiz gəliri 917 min manat və qeyri-faiz xərci 5,3 mln. manat təşkil edib ki, bu da nəticədə 1,37 mln. manat əməliyyat zərəri edib.
1,5 milyon manatlıq problemli aktivlərinin geri dönüşü hesabına bank ilk rübü 126,88 min manat xalis mənfəətlə tamamlayıb.
Maraqlı hissə ötən ilə müqayisədə bu il bankın verdiyi kreditlərdən daha çox hansından gəlir əldə etməsidir. Bank ötən il ərzində faiz gəlirlərini 10,67 mln. manat olduğu halda bunun cəmi 3,19 mln. manatı istehlak kreditlərdən gəlir təşkil etmişdir – bu 30% cəmi gəlirdə pay sahibi olması deməkdir. Bu isə bu ilin eyni dövründə faiz gəlirləri 8,63 mln. manat təşkil edib, burada istehlak kreditlərinin həcmi cəmi 2,67 mln. manat təşkil etməsi deməkdir. İstehlak kreditlərin cəmi faiz gəlirlərindəki payı 31%-ə qalxması deməkdir.
Göründüyü kimi ötən ildək kimi istehlak kreditlərindən faiz gəliri “Ata Bank”da cəmi faiz gəlirində ən çox pay sahibi olmaqda davam edir.