10 C
Baku
Wednesday, December 11, 2024

“Ata Bank” Mərkəzi Bankın faiz qərarı öncəsi əmanətlərin faizlərini kəskin qaldırıb

Kommersiya bankı “Ata Bank” ASC yığım və müddətli əmanətlərinin manat, ABŞ dolları və avroda olan faiz dərəcələrini kəskin artırıb.

Bu barədə Banker.az-ın Monitorinq Qrupu məlumat yayır.

Məlumata əsasən, “Universal” əmanət məhsulunun illik faiz dərəcəsi manatda 4,5%-dən 10%-ə, ABŞ dollarında (USD) 2,5%-dən 1,5%-ə, avroda 0,75%-dən 1,25%-ə qədər artırmalı olub. Həmçinin bu əmanətin avroda müddətini 36 aydan 24 aya qədər azaltmalı olub.

Bank eləcə də premium təbəqə üçün nəzərdə tutduğu VIP əmanətin faiz dərəcəsini də “universal”dakı kimi artırmalı olub.

Bankın digər bir dəyişikliyi olan “Yığım” əmanətinin faiz dərəcəsini manatda 2,5%-dən 8%-ə, ABŞ dollarında 1%-dən 1,75%-ə avroda isə 0,5%-dən 0,75%-ə qədər artırmalı olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu gün faiz dərəcəsinə dair yeni parametrləri açıqlayacaq. Ehtimal olunur ki, 8,25%-dən 8%-ə qədər azaltsın.

Sonuncu dəfə AMB faiz qərarını dair endirim qərarını açıqlayanda buna ən erkən “Ata Bank” ASC reaksiya vermişdi.

Son xəbərlər
Digər xəbərlər