17 C
Baku
Friday, April 19, 2024

Ata Holdinq-in cəmi aktivləri 4, öhdəlikləri isə 17 dəfə kiçilib

Azərbaycanın ən böyük holdinqlərindən biri “Ata Holdinq”MMC-nin aktivləri 4,35 dəfə azalıb.

Banker.az xəbər verir ki, bu barədə Holdinqin 2017-ci il üçün olan audit hesabatında qeyd edilir.

Hesabata görə, ilin əvvəli 435,1 mln. manat aktivləri olduğu halda ilin sonu kəskin azalma ilə 99,9 mln. manata yuvarlanıb. Kəskin azalmanın səbəbi ötən il ərzində Azərbaycanda aktivlərinin böyüklüyünə görə TOP10-luqda olan “Ata Bank” ASC-nin qeyd etdiyimiz holdinqin tərkibindən çıxaraq “Synergy Group” MMC-nin tərkibinə keçməsi olub. Məlumat üçün bildirməliyik ki, “Ata Holdinq”in bankın səhmlərindəki pay bölgüsü 76% təşkil edirdi.

Aktivlərində müsbət göstərivi Holdinqin banklara verdiyi vəsaitlərin  həcminin 21 mln. manatdan 31 mln manata qədər artmasl olub.

Öhdəlikləri 17 dəfə kiçilərək 24 mln. manata qədər azalıb. Bu azalmanın da əsas səbəbi Ata Bank-a aid olan öhdəliklər olub.

“Ata Holdinq” nəhayət zərərlə işləməkdən yaxa qutarıb və bu ili 123 mln. manat xalis mənfəətlə bitirib. Bu rəqəm ötən il 68 mln. manatdan çox idi.

Son xəbərlər
Digər xəbərlər