8 C
Baku
Friday, December 13, 2024

“Ata Sığorta” 2020-ci ili xalis mənfəətlə tamamlayıb

2004-cü ildən Azərbaycan bazarında mövqe qazanan “Ata Sığorta” ASC 2020-ci il üzrə 744 min manat xalis mənfəət etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə sığortaçının audit hesabatında qeyd edilir.

Sığorta Şirkəti 18 milyon 981 min manat həcmində cəmi gəlir əldə edib. Bunun 14 milyon 109 min manatı əməliyyat gəliri 3 milyon 43 min manatı xalis sığorta ehtiyatlarının müsbətə doğru dəyişməsi, 1 milyon 579 min manatı investisiya gəliri və 104 min manatı isə subroqasiya gəlirləri olmuşdur.

“Ata Sığorta”nın xərclərinin cəmi isə 18  milyon 94 min manat təşkil edib. Xərclərinin 10 milyon 350 min manatı əsas əməliyyat xərcləri, 7 milyon 663 min manatı isə işlərin aparılması xərcləri təşkil edib.

Beləliklə, sığorta şirkətinin mənfəəti 886 min manat olub. Bu mənfəətdən 142 min manatını mənfəət vergisinə yönəldib və yerdə qalan 744 min manat xalis mənfəət olmuşdur.

cedvel 1 scaled

Son xəbərlər
Digər xəbərlər