“AtaBank” ASC-nin Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə İdarə Heyətinin Sədri “AtaBank” ASC-nin Müşahidə Şurasına təyin olunub. Müşahidə Şurasının qərarı ilə isə “AtaBank” ASC-nin İdarə Heyətinin Sədr əvəzi vəzifəsinə Etibar Babaşlı təyin olunmuşdur.
2005-ci ilin aprel ayından bu günə kimi “AtaBank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Etibar Babaşlı Ankara Universitetinin Siyasal Bilgilər fakültəsinin yetirməsidir. 2002-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi istiqamətində müvəffəqiyyətlə magistratura pilləsini bitirib.
2000-2005-ci illərdə “Koçbank Azərbaycan Ltd” QTSB-də müştəri təmsilçisi, Kredit və Marketing departamentinin rəhbəri, sonra isə Daxili Audit Departamentinin direktoru vəzifələrində çalışıb.