8 C
Baku
Thursday, December 12, 2024

AtaBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib

Bankdan Banker.az-a verilən məlumata görə, Müşahidə Şurasının 26.02.2016-cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən, Quliyev Dəyanət Namiq oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Babaşlı Etibar Əmirxan oğlu isə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin olunub.

İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda E.Babaşlı bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.

D.Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışmaqdadır.

O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlamış, daha sonra İdarə Heyətinin sədri olmuşdur.

2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər