“AtaBank” ASC “Goldenpay” şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində “AtaBank” ASC-dən kredit götürən müştərilər üçün ödənişlərini daha asan və daha rahat şəkildə ödəmələrinə imkan yaradacaq layihə hazırlanıb.Yeni layihəyə əsasən bankın bütün müştəriləri hesab.az elektron xidmətlər portalından istifadə edərək istənilən vaxt ödənişlərini onlayn həyata keçirə biləcəklər.