Maliyyə Bazarlarına Nəzarət Palatası (PALATA) “AtaBank”ın 20 mln manatlıq səhmlərini qeydiyyata alıb.
Bu barədə Banker.az-a Palatadan məlumat verilib.
Məlumata görə, 06 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “AtaBank” ASC-nin hər birinin nominal dəyəri 20 manat olan 1 000 000 ədəd adi sənədsiz adlı səhmlərinin əlavə buraxılışı AZ1001004329 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.