“AtaHolding” nizamnamə kapitalı yarım milyon azaldılıb

“AtaHolding” MMC-nin nizamnamə kapitalı 500 min manat azaldılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 40 milyon 71,8 min manatdan 39 milyon 571,8 min manata endirilib.

Bununla da “AtaHolding”in nizamnamə kapitalı 1,25% azalıb.

Şirkətin qanuni təmsilçisi Əşrəf Kamilov Kamil oğludur.

Xatırladaq ki, holdinq 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Vaxtı ilə şirkətlər qrupunun tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Ahmet Erentok idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər