22 C
Baku
Tuesday, April 23, 2024

Atambayev həbs olundu – VİDEO

Qırğızıstanda ölkənin keçmiş prezidenti Almazbek Atambayevin həbsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyata başlanılıb.

Banker.az xəbər verir ki, bu barədə “TASS” xəbər verib. Xüsusi təyinatlılar Atambayevin evinə yaxınlaşıb. Ancaq keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd edilir. Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır.

A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.

Mənbəena.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər