“AtaSığorta” ASC hər zaman müştərilərinə daha yaxın olması üçün yeni “Cənub” filialını istifadəyə vermişdir. Lənkəran şəhərinin H.Aslanov küçəsi 48A ünvanında yerləşən yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulmuşdur.
“Cənub” filialının açılış mərasimində iştirak edən “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bildirmişdir: “Şirkət hər zaman keyfiyyətli və operativ sığorta xidmətləri göstərməklə müştərilərinə daha yaxın olmaq üçün çalışır. Regionlarda yeni AtaSığorta filial və nümayəndəliklərin açılması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və Strateji Plana uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcəkdir. İnanırıq ki, yeni filialın qayğıkeş əməkdaşları və ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir”.