“Atasığorta” ASC-də yeni təyinat olub.
Məlumata görə, Qoşqar Həsənov şirkətin Sığorta xidmətləri Departamentinə direktor təyin edilib və İdarə Heyətinə üzv seçilib.
O, bundan əvvəl “Standard Insurance” ASC-nin Biznesin inkişafı Departamentinin direktoru olub və yeni vəzifəsində Ramil Abdullayevi əvəz edib.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
“Standard Insurance” isə 2002-ci ildə yaradılıb, “AB Standard” QSC-yə daxildir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.