10 C
Baku
Friday, December 13, 2024

atb360 mobil əlavəsinə yeni funksiya artırıldı

®Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.

Belə ki, kart sahiblərinin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə parkinq ödənişlərinin yerinə yetirilməsinə imkan verən yeni funksiya artırılmışdır.

Qeyd edək ki, ödənişlərin işləmə mexanizmi sadədir. Müştəri parkinqə daxil olarkən götürdüyü çekin barkodunu çıxış zamanı mobil tətbiqdə skan edir və ödənişi həyata keçirir.

Hazırda bu sistemə aşağıda göstərilən parkinqlər qoşulmuşdur:

  • “Garage” Azərbaycan prospekti
  • “Garage” Xaqani bağı
  • 28 Mall
  • Port Baku Mall
  • Gənclik Mall
  • Dəniz Mall
  • Gəncə Mall
  • Dalga Plaza

Yaxın zamanda sistemə digər ünvanlarda yerləşən parkinqlər də daxil ediləcəkdir.

Xatırladırıq ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər