9 C
Baku
Thursday, December 12, 2024

“Atena” süd zavoduna yeni rəhbər təyin edilib

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena Qrup” QSC-nin baş icraçı direktorunun (CEO) digər şirkətə rəhbər kimi transferindən sonra, ora yenisi təyin edilib.

Bu barədə Banker.az şirkətə yaxın mənbədən məlumat əldə edir.

Məlumata görə, Emin Rəhimov “Atena Qrup”un baş icraçı direktoru təyin edilib.

Qeyd edək ki, buna qədər bu şirkətin CEO-su olan Ceyhun Bəxtiyarlı “Az-ranata”ya rəhbər getmişdi.


Atena şirkəti haqqında

Atena Qrup 1996-cı ildə yaradılıb və 2 min manat nizamanmə kapitalına sahibdir. Səhmdarların 2018-ci ildə keçirilmiş yığıncağında “Atena” süd zavodunun sahibi “Atropatena Group” QSC-nin adının “ATENA Group” QSC-yə dəyişdirilməsinə qərar verilib və şirkət yeni adla dövlət qeydiyyatına alınıb. Hazırda Şirkətin 85%-i Zərəngiz Məmmədovaya, 15%-i isə Elşad Rəsulova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər