8 C
Baku
Friday, March 29, 2024

Audit “ASB Bank”ın depozitlərinin azalmasını təsdiqləyib

“Azersun Holding” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC-nin müştərilərdən cəlb etdiyi depozitlər azalıb.

Bu barədə Banker.az bankın illik audit hesabatına istinadən xəbər verir.

“Grant Thornton Azərbaycan” audit şirkəti tərəfindən verilən rəydə qeyd edilir ki, müştərilərdən cəlb edilmiş depozitlərin həcmi 2021-ci il ərzində 98.74 mln. manat, yaxud 19% azalaraq 531.92 mln. manata düşüb.

Depozitlərin 428.38 mln. manatı müddətli depozitlər olub. Müddətli depozitlərin həcmi ötən il 19% azalıb. Depozitlərin qalan 103.54 mln. manatı isə tələbli depozitlər təşkil edib.

Bankdakı müştəri depozitlərinin yalnız 33.43 milyon manatı milli valyutada, 248.27 milyon manat ekv. ABŞ dollarında, 189.79 milyon ekv. isə ingilis funt-sterlinqindədir.

Audit rəyində əlavə edilir ki, 2021-ci il tarixlərinə müştərilərin depozitlərinə daxil edilmiş hesablanmış faiz xərcləri 13.11 mln. manat olub. Bu məsələn, hesabat ilindən öncəki ildə 7.16 mln. manat idi.

2021 və 2020-ci il 16.71 mln. və 18.2 mln. manat məbləğlərində müştərilər tərəfindən yerləşdirilmiş depozitlər Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır.

Xatırladaq ki, ASB Bank-ın səhmlərinin 98.43% hissəsi “Azersun Holdinq” MMC-yə yaxın olan “Anadolu Investment” Şirkətinə məxsudur.

221122121

Son xəbərlər
Digər xəbərlər