10 C
Baku
Thursday, December 12, 2024

Audit nədir?

Audit – idarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemidir.

Adətən audit termini təşkilatın mühasibat hesabatını yoxlanılmasına aid anlaşılır.

Auditin bir neçə növləri var. Məsələn, maliyyə, investisiya, sənaye, daxili, xarici, vergi, PR-audit, ekoloji audit.

Auditin yaranma tarixi

Etimoloji olaraq “audit” sözü latın dilindən “audio”- “eşidirəm” sözündən əmələ gəlib.

Ticarət mübadiləsi və pul münasibətləri yarandıqda və inkişaf etdikdə auditin yaranmasına ehtiyyac yaranmışdı.

Auditin keçirilməsi haqqında ən qədim məlumatlar b. e. ə. 700-cü ilə, Çinə aiddir.

Orta əsrlərdə Avropa ölkələrində tacirlərin tərəfdaşlarının xahişi ilə (adətən, digər tacirlər və yaxud bank institututlar) auditorlar tacirlərin mühasibət kitablarını yoxlayırdılar.

XX əsrdə fond bazarının inkişafı ilə auditə maraqlı olan yeni şəxslər – investorlar yaranır.

Elmi- texniki inqilab auditor şirkətlərini öz müəssisəsini idarə etməsi, uçotun avtomatlaşdırılması, keyfiyyətə nəzarət sistemin tətbiqi və digər işlər üzrə öz funksiyalarını müasir texnologiyalara uyğun tətbiq etməyə vadar etdi.

Auditin növləri

Maliyyə və investisiya auditi

Maliyyə auditi- klassik anlayışda audit deməkdir, yəni muhasibat hesabatının həqiqiliyini təsdiq etmək üçün onu yoxlamaq.

İnvestisiya auditi- investisiya resurslarının məhsuldar şəkildə istifadə edilməsi haqqında bildiriş və investisiya fəaliyyətinin professional iştirakçılarının auditi.

Sənaye auditi

Sənaye auditi- daha çətin bir anlayışdır, çünki bura maliyyə (və texniki auditin elementləri) daxildir.

Maliyyə auditinin elementlərinə məhsulların dəyərinin təyin edilməsinin və xidmətlərin tariflərinin əsaslı olduğu haqqında yoxlama.

Texniki auditin elementlərinə müstəqil mütəxəssislər tərəfindən istehsalın təhlükəsizlik sisteminin, nəzarət sisteminin və tətbiq olunan texniki qərarların, təchizatların vəziyyətlərini yoxlanılmasıdır.

Personalın auditi

Personalın auditi- əməkdaşların potensialının və əməkdaşların korporativ mədəniyyətə və şirkətin dəyərlərini uyğun olub olmadıqlarının yoxlanılması.

PR-аudit

PR-auditin öhdəlikləri – layihənin öhdəliklərinin yerinə yetirilməsi, layihəyə ayrılmış vəsaitlərin sərf olunmasının məhsuldarlığı.

Son xəbərlər
Digər xəbərlər