Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sentyabrın 8-də audit şirkətlərinin rəhbərləri ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin “X” sosial şəbəkəsində yazılıb.
Görüşdə ölkədə maliyyə bazarlarının inkişafı, daxili investisiya mühitinin daha da sağlamlaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən görülən tədbirlər müzakirə edilib.