Auditorlar Palatası “SHN Audit Konsaltinq” MMC və “Brighter GC” MMC bazarda fəaliyyəti üçün lisenziya verib.
Banker.az xəbər verir ki, audit şirkəti 2023 ilin fevralından 3 il müddəti üçün lisenziya əldə ediblər.
“SHN Audit Konsaltinq” MMC-nin direktoru Nağıyev Şahin Kamal oğludur, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 77, mənzil 42 ünvanında qeydiyyatdadır.
“Brighter GC” MMC-nin direktoru Xəlilli Elyaz İbrahim oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, ev 1A, mənzil 69-dur.
Şirkətin 10 manat nizamnamə kapitalı var.