23 C
Baku
Sunday, July 21, 2024

Autolux Azerbaijan LLC iki vəzifə üzrə vakansiya elan edir

 1| Korporativ Satış Təmsilçi

İş vaxtı qrafik üzrə müəyyən olunur.

Namizədə olan tələblər:

– Ali təhsil
– Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
– Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
– MS Office ilə qabaqcıl istifadə bacarıqları;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili  yaxşı bilməli
– Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinin olması
– Təqdimat bacarığının olması;
– Yaş: 22-35;

Vəzifə öhdəlikləri:

Bazarın təhlili, araşdırmaların aparılması
Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
Ziyarət nəticələrinin izlənilməsi
Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə     edilməsi və rəhbərliyə bildirilməsi

Email: [email protected]


2| Marketing Mütəxəssisi

İş qrafiki:  09:00-18:00/bazar ertəsi-cümə

Namizədə olan tələblər:

1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-28 ;

Vəzifə öhdəlikləri:

1. Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
2. Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
3. Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
4. Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
5. Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
6. Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
7. Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
8. Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi
9. Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
10. Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi
11. Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
12. Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi
13. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi


Email : [email protected]

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər