Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.
Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist mübadiləsinin ümumi sayı 700 min nəfəri keçib.
“Rusiyadan Azərbaycana 500 mindən çox, Azərbaycandan Rusiyaya isə təxminən 200 min səfər reallaşıb”, – o qeyd edib.





