14 C
Baku
Wednesday, April 17, 2024

Autstaffinq nə deməkdir?

Baxmayaraq ki, autstaffinq termini Qərbdə artıq çoxdandır ki, geniş istifadə olunur, MDB-də sözü gedən xidmət təzəliklə peyda olmuşdur. Autstaffinq sadə dillə desək –hər hansı bir təşkilatının işçi personalının digər kompaniyanın ştatına verilməsidir. Belə fəaliyyət firmaya işçi qüvvəsinin saxlanılmasına sərf olunan xərcləri azaltmaq imkanı verir.

Həmçinin autstaffinq – (ingiliscə – out – kənar, staff – ştat) – kompaniya tərəfindən təyin olunmuş layihəni yerinə yetirmək üçün müəyyən bilik, peşə səriştələrinə malik ştatdankənar mütəxəssisin – frilanserin cəlb olunması deməkdir.

Autstaffinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri odur ki, digər təşkilat tərəfindən işə götürülmüş əməkdaşlar öz əvvəlki iş yerlərində qalıb, işləməyə davam edilər. Lakin əməkdaşları öz ştatına qəbul etmiş hüquqi şəxs onlara görə məsuliyyət daşıyır.

Provayder kompaniya əmək personalı ilə iş üzrə bütün əməliyyatları həyata keçirir: işçilərin rəsmilşdirilməsi, əməkhaqqıların ödənişi, verginin çıxılması, personal ilə iş.

Autstaffinq deyəndə çox zaman işçinin, yəni əməkdaşın sifarişçi kompaniyanın ştat arxasına keçirilməsi və onun provayder kompaniyanın ştatına salınması başa düşülür. Bu zaman o köhnə iş yerində işləyərək, özünün əvvəlki vəzifələrini yerinə yetirir, lakin ona qarşı işverənin səlahiyyətlərini provayder kompaniyası yerinə yetirir.

Autstaffinq kompaniyaya işçilərin əməkhaqqılarına tətbiq edilən vergilərdə qənaət etməyə icazə verir (vahid sosial vergi). Bir qayda olaraq əməkdaşaların çatdırılmasını təmin edən firmalar, ənənəvi vergi tutulması sistemindən istifadə edirlər. Sadələşdirilmiş vergi sistemindən istifadə edən kompaniyalar isə sifarişçi qismində çıxış edir və onlar işçiləri qəbul edirlər.

Hər iki təşkilat mülkü-hüquqi müqavilə tərtib edir, bu müqaviləyə əsasən provayder kompaniya hansısa müəyyən xidmətləri göstərməli, ödənişləri həyata keçirən isə personalı təqdim edən kompaniya olmalıdır. Belə bir müqavilə çərçivəsində həyata keçirilən maliyyə əməliyyatları digər xərclər ilə bir sıraya yazılır, bu isə gəlir üzərində vergini nəzərə çarpacaq qədər azaldır.

Autstaffinqin mənfi nəticələri də ola bilər. Onun mənfi fəsadlarından biri odur ki, belə bir sistemə müraciət edən kompaniya kifayət qədər ciddi problemlər ilə üzləşə bilər. Məsələn vergi müfəttişliyi bu növ fəaliyyəti vergidən yayınma halı kimi qiymətləndirə bilər.

Belə xoşagəlməz hallardan yayınmaq üçün, personalın icarəyə götürülməsi ilə bağlı detallı iqtisadi hesabat hazırlamaq lazımdır, həmçinin də bu zaman əməkdaşların götürlməsinin yalnız işgüzar məqsəd daşıdığını da əsaslandırmaq tələb olunur. Yəni siz sübut etməlisiniz ki, bu addımınız vergiyə qənaət etmək məqsədi daşımır.

Bundan əlavə autstaffinq xərclərinin uçota alınması ilə bağlı problemlər ortaya çıxa bilər. İstənilən digər xərcləri kimi, autstaffinq xərclərini də iqtisadi cəhətdən əsaslandırmaq və onları sənədli şəkildə təsdiq etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər