-3 C
Baku
Sunday, December 15, 2024

“Avirtel” 10 min müştərisinin “Aztelekom” tərəfindən oğurlandığını iddia edir

İddiaçı “Avirtel” MMC cavabdeh “Aztelekom” MMC-yə qarşı iddia ərizəsi ilə çıxış edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Bunlar Banker.az redaksiyasının əldə etdiyi sənəddə deyilir.

“Avirtel” iddia edir ki, şirkətə 5 mln. manatlıq maddi zərər dəyib.  “Avirtel” MMC şəbəkəsindən qanunsuz çıxarılaraq “Aztelekom” şəbəkəsinə keçirilmiş 10 000 müştəri aparılıb. Şirkətin müraciətində deyilir ki, həmin müştərilər geri qaytarılmalıdır.

Xatırladaq ki, “Aztelekom” MMC bildirmişdi ki, 1 yanvar 2013-cü il tarixdə “Avirtel” ilə ərazidən və enerjidən istifadə üzrə bir il müddətinə müqavilə bağlayıb. Müqavilənin bitməsinə 15 gün qalmış tərəflərdən birinin onu ləğv etmək istəyi yoxdursa, müqavilə daha bir il uzadılır. 2016-cı ildə MMC tariflərini dəyişdirib, yeni bir müqavilə bağlamağa ehtiyac oldu, bu barədə bütün provayderlər, eləcə də “Avirtel” məlumatlandırılıb. Digər provayderlər yeni müqavilə bağlasa da, “Avirtel” 2013-cü il sənədindən gələn ayırmaları yerinə yetirməkdən, yeni müqaviləni imzalamaqdan imtina edib. 30 noyabr 2018-ci il və 6 dekabr 2018 tarixlərində “Aztelekom” “Avirtel”ə əvvəlki müqavilənin (2013-cü il tarixinə) uzadılmayacağı barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər