Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin avqust ayı ərzində 440.5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Banker.az-a ARDNF-dən bildirilir.
Bu da, iyul ayı ilə müqayisədə avqusta ABŞ dollarına tələbin iki dəfə artması deməkdir.
Bununla da ilin ilk səkkiz ayında banklara 3 milyard 392.4 milyon ABŞ dolları satılıb ki, bu da öncəki ilin müvafiq dövründən 350.4 milyon, yaxud 9.4% azdır.