27 C
Baku
Thursday, September 11, 2025

Avqustda Azərbaycanın iqtisadi artım tempi 1% olub

2025-ci ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37.8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. İyula qədər isə bu 0.9 faiz olsa da, öncəki iki ayda 1.5 faiz olmuşdu.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2.6 faiz artmışdır.

ÜDM istehsalının 34.9 faizi sənaye, 10.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.3 faizi tikinti, 2.8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 20.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8111.3 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər