7 C
Baku
Thursday, December 12, 2024

Avqustun sonuna qədər “Zəfər yolu” istifadəyə veriləcək

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: “Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər “Zəfər yolu” istifadəyə veriləcək”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər