9 C
Baku
Thursday, December 12, 2024

Avro 12% bahalaşacaq

Dünən, fevralın 3-də ABŞ dolların avroya qarşı məzənnəsi uzun müddət 1,07-1,10 USD/EUR aralığında dalğalanma dövrünü bitirərək 1,1145 USD/EUR səviyyəsinə qədər yüksəlib. 

Məmbənin analitik qrupu bu məzənnənin ilk mərhələdə 1,15 USD/EUR, daha sonra isə 1,22 USD/EUR səviyyəsinə (+11,9%) qədər artacağını proqnozlaşdırır.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayından etibarən məzənnə 1,07-1,10 USD/EUR aralığından çıxmaq üçün güclü iqtisadi göstəricilər və açıqlamalar qıtlığı yaşayıb. Nəhayət, dünən ABŞ iqtisadiyyatında yavaşlama siqnallarının gəlməsi ilə dollar avro qarşısında kəskin zəifləyib. Belə ki, yanvar ayında kənd təsərrüfatı sektoru istisna olmaqla işgüzar aktivlik indeksi proqnozlaşdırılan 53,7 əvəzinə 53,2 olub. Bundan başqa, kənd təsərrüfatı sektoru istisna olmaqla iş yerlərinin sayı pronozlaşdırılan 195 min nəfər əvəzinə 205 min nəfər olsa da, bu göstərici əvvəlki aydan (267 min nəfər) az olub. Bu göstəricilərin açıqlanmasından sonra dollar/avro məzənnəsi 1,09 USD/EUR səviyyəsindən 2,24% artaraq 1,1145 USD/EUR səviyyəsinə yüksəlib.

ABŞ iqtisadiyyatında yavaşlama Federal Ehtiyat Sisteminin növbəti iclasda uçot dərəcəsini artırması qərarını şübhə altında qoyub. Məhz bu səbəbdən dolların qısa müddətdə avro və bir sıra digər valyutalara qarşı zəifləməsinin davam edəcəyi proqnozlaşdırılır.

Məmbənin analitik qrupu hesab edir ki, dolların zəifləməsi ABŞ-ın ixracını artıracaq ki, bu da öz növbəsində iqtisadiyyatın inkişafını sürətləndirəcək. Bundan başqa, zəif dollar neft qiymətlərinin yüksəlməsinə səbəb olacaq ki, bu da ABŞ-da inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq. Nəticədə, FES mart ayında olmasa da, aprelin 26-27-də baş tutacaq iclasında faizlərin artırılması mümkün olacaq. Nəticədə, yenidən dolların məzənnəsi möhkəmlənəcək, xammal qiymətləri və fond birjaları indeksləri azalacaq.

Report

Son xəbərlər
Digər xəbərlər