Fransa prezidenti Emanuel Makronun Avropa Parlamentinə seçkilərdən və növbədənkənar səsvermə çağırışından sonra avro təxminən bir ay ərzində ən zəif həddə düşüb. Asiya valyutaları cümə günündən etibarən ABŞ-nin güclü əmək bazarı hesabatından sonra ucuzlaşıb.
Banker.az xəbər verir ki, vahid valyuta 0.4%-ə qədər ucuzlaşaraq, Fransa istiqraz fyuçersləri ilə yanaşı geri çəkildi. Gözləntilərə uyğun gələn səsvermədə ifrat sağçı partiyanın (Le Penin partiyası) qazanması Makronu ölkəsi üçün növbədənkənar qanunvericilik bülleteni çağırmağa vadar etdi. Yenə də mərkəzçi partiyalar Avropa İttifaqı miqyasında keçirilən səsvermədə əksəriyyətini qoruyub saxlamağa hazır idi.
Avro/dollar keçən həftənin son iş günlərində sessiya ərzində müvafiq olaraq 0.81%, 0.2% itki ilə üzləşdi. Bu gün isə daha 0.45% ucuzlaşaraq 1.0751 səviyyəsinə düşüb. 6 əsas valyuta səbəti qarşısında ölçülən dolların indeksi 104.9 bəndə yüksəlib.
Cənubi Koreya vonu və Malayziya ringgiti dəyər itirdi, MSCI-nin Asiya-Sakit Okean fond indeksi isə bir qədər aşağı düşüb.
Bazar ertəsi Çin, Honq-Konq, Tayvan və Avstraliya bazarları bayram günləri ilə bağlı bağlanıb.
ABŞ-də 10 illik dövlət istiqrazlarının gəlirliyi üçüncü gündür ki, yüksəlir. ABŞ-nin güclü əmək bazarı hesabatı Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin azaldılmasını yenidən nəzərdən keçirməyə təkan verdi. ABŞ-də iqtisadi yavaşlama ilə bağlı narahatlıq bir qədər səngiyib.
ABŞ-də ötən cümə işsizlik səviyyəsi gözlənilmədən 3.9%-dən 4%-ə yüksəlsə də, qeyri-kənd təsərrüfatında işləyənlərin sayında 272 min artım olub. İqtisadçılar konsensus olaraq 182 min artım proqnozlaşdırmışdılar. Saatlıq adambaşına düşən gəlir mayda 0.4% artıb (proqnoz: 0.3% artım idi).
Bu həftənin çərşənbə günü FED-in rəhbərliyi faiz dərəcələri ilə bağlı qərar verirlər və bu, dayaq islası olduğundan bazar bu açıqlamaları daha ciddi qiymətləndirəcək. İclas həftənin çərşənbə günü, Bakı vaxtı ilə 23:00-da açıqlanır. Yaponiya Bankının növbəti qərarı cümə gününə planlaşdırılıb və iqtisadçılar onun uçot faiz dərəcəsinin sabit saxlayacağını gözləyirlər.
Xatırlatma: Birjadakı hərəkətlənmələrdə mühüm faktor iqtisadi təqvimlərdir və Banker.az-ın “İnvestisiya” kanalı bu məlumatları gündəlik dərc edir.