12 C
Baku
Saturday, November 23, 2024

Avro dollara qarşı ucuzlaşaraq 5 ilin minimumuna düşüb

Avrozonanın vahid valyutası ABŞ dolları qarşısında növbəti dəfə ucuzlaşaraq 2017-ci ilin aprel ayının 17-dən bu tərəfə ilk dəfə 1 avro 1.06 dollar səviyyələrinə yaxın məzənnəni test edib.

Banker.az xəbər verir ki, avro hazırda birliyin enerji daşıyıcılarının bahalaşması fonunda tüğyan edən inflyasiya və bunun fonunda Avropa Mərkəzi Bankının sərtləşməyə getməməsi səbəbi ilə ucuzlaşır.

EUR/EUR cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 15:00 radələrində hətta 1.0667 səviyyəsinə qədər eniş yaşadı.

Qeyd edək ki, ABŞ FED-nin inflyasiyaya qarşı tədbirlərə əl atmaqla faiz artımı ilə bağlı siqnallar verir. Növbəti iclaslarda 50 baza bəndi artıra biləcəyi ilə bağlı artıq masa üzərində olduğu bildirilib. Amma Avropa Mərkəzi Bankı və əsasən də onun rəhbəri Kristin Laqard isə faizlə bağlı məsələdə ehtiyatlı danışır.

Bundan əlavə, nefuzlu “Morgan Stanly” Avrozonanın ÜDM-snin artımındakı templə bağlı proqnozunu 3%-dən 2.7%-ə qədər azaldıb.tvc 07f3c17c65d7783729ca2944e74dcad8

Son xəbərlər
Digər xəbərlər