Avropa İttifaqının iştirakçı ölkələrinin valyutası olmaqla avro 2002-ci ildən istifadə edilməyə başlayıb. Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. 17 ölkənin rəsmi pul vahidir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi.
1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövrəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi Avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi.
Gündəlik olaraq 300 milyona yaxın insan bu valyutadan ödəniş vasitəsi kimi istifadə edir. Amma avronun istifadəsinə qədər dövriyyədə mövcud olan milli valyutalardan imtina edilməsi kifayət qədər uzun və çətin bir proses oldu.
Öz adını valyuta 1995-ci ildə Avropa Şurasının Madrid toplantısı zamanı əldə etdi. Valyutanın qrafik simvolu isə yunan əlifbasının “ipsilon” hərfinin yazılı işarəsi oldu. Üzərində paralel xətlərin olduğu bu hərfi həm də Avropa qitəsinin adının ilk hərfi ilə səsləşir (€; Euro –Europe). Xətlər isə valyutanın stabilliyini bildirir.
1996-cı ildə Avropa Monetar İnstitutunun idarə heyəti avro üçün ən yaxşı dizayn müsabiqəsi elan etdi. 44 layihə içərisindən cəmi müstəqil səsvermə nəticəsində qəbul edildi. Qalib “Avropa epoxaları və obrazları” layihəsi seçildi, müəllif isə Robert Kalinadır.
Avronun yaradılması zamanı xüsusi diqqət ona yönəldilib ki, banknotlar hətta gözdən zəif (və hətta gözədən əlil) insanların istifadəsi üçün də əlverişli və rahat olsun. Valyutanın dəyərini rahat fərqləndirə bilmək üçün, bütün valyuta nominalları bir-birindən ölçüsünə görə fərqlənir. Rəqəmlər isə, dərin möhürlü, relyef şəklində dərc olunub. Məhz gözlərini zəif olan insanları nəzərə alan proyekt müəlliflər bütün valyutaları bir-birənə kontrast rəngdə seçib, rəqəmlər isə dairəvi keql ilə yazılıb.
Vahid valyuta üzərində hansı təsvirlərin yer alacağı məsələsinin həllinə gəldikdə isə, bütün ölkələr yekdil qərara gəlib ki, valyuta üzərində heç bir ölkənin ictimai xadiminin rəsmi əks olunmayacaq. Səbəb isə gələcək narazılıq və qalmaqallardan yayınmaq idi. Buna görə də kupyuraların üzərində yalnız bina və abidələrin, həmçinin yunan mifologiyası ilahələrinin təsvirlərini seyr etmək mümkündür.
Avro sikkələri isə rəng, ölçü və nominaldan asılı olaraq qalınlığı ilə bir-birindən fərqlənir. Sikkənin bir tərəfində bütün ölkələr üçün ümumi qəbul olunmuş üç dizayndan biri istifadə olunur. Bu Avropa İttifaqının 12 ulduzu ilə əhatə olunmuş müxtəlif Avropa xəritələridir. İkinci tərəf isə hər bir ölkənin öz seçiminə buraxılır.
Hər bir ölkənin avro sikkəsinin bir üzündə özünün istədiyi milli təsviri zərb etmək hüququ vardır. Məsələn: Belçika sikkələrində II Albertin təsviri yer alıb, İrlandiya sikkələrində isə kelt alfası təsvir olunub.
Bütün avro valyutaları, əks tərəflərin tərtibatından asılı olmayaraq, bütün Avropa İttifaqı ölkələrdə qanuni ödəniş vasitəsi hesab olunurlar. Rəngə gəldikdə isə, 1,2 və 5 sent nominal dəyər olan sikkələr mis, dəyəri 10, 20, 50 sent olan sikkələr isə sarı rəngdədir, 1 və 2 avro nominal dəyəri olan sikkələr isə iki rənglidir.
Banknotlar bütün ölkələrdə eyni cür görünür. Onlarda sikkələr kimi heç bir məhdudiyyət olmadan bütün Avropa ittifaqı ərazisində istifadə edilə bilər. Yarandığı müddətdə Avro demək olar ki, bütün dünyanın etibarını qazanmış və uzun müddət stabillik göstərmişdir.
Lakin Avropa borc böhranı onun mövqeyini xeyli zəiflədə bilmişdir.
Qeyd edək ki, Bloomberg agentliyinin verdiyi məlumatlara əsasən gələn il avro valyutasının üzərindəki təsvirlər yenilənəcək.
Yeni avro banknotlarının üzərində ilahə Avropanın təsviri görünəcək, qədim yunan mifologiyasında Avropa finikiyalı çar Aqenorun qızı və kənd təsərrüfatı ilahəsidir. Avropa həm də Olimp çarı Zevsin ilham mənbəyi olmuşdur, o hətta öz ehtirasını dəf etmək üçün ilahəni oğurlamışdır.
Qitə ilahənin şərəfinə belə adlandırılıb, məhz onun rəsmi yeni çıxan avro kupyuralarının üstündə keçmiş memarlıq tərzini əks etdirən şəkilləri əvəz edəcək. Ekspertlər iddia edir ki, bina təsvirləri əvəzinə su nişanının üzərində üz cizgilərinin təsviri valyutanı saxta pullardan qorumağa imkan verəcək, çünki bu saxta pul hazırlamaq istəyənin işini kifayət qədər çətinləşdirəcək. Bundan əlavə əskinazların rəng tərtibatı da dəyişəcək. Həmçinin son illər ərzində Avrozonanın coğrafiyasında baş vermiş bütün dəyişikliklər də yeni kupyuralarda öz əksini tapacaq.
Avropa Mərkəzi Bankının rəyinə əsasən, valyutanın dizaynında qədim yunan mifologiyasından istifadə Yunanıstanın Avrozonanı tərk etməsi ilə bağlı deyilən bütün qara fikirləri bütün qara fikirləri beyinlərdən uzaqlaşdırmalıdır.
Avropanın əsas sütunlarını və tarixini əks etdirən və milli sərhədlər çərçivəsindən kənara çıxan nümunəyə müraciət etməklə AMB (Avropa Mərkəzi Bankı) avronun birlik valyutası olduğunu təcəssüm etdirmək istəyir. Bloomberg mənbələri qeyd edir ki, yeni pulların dövriyyəyə 2013-cü ilin may ayında çıxacağı ehtimal olunur. İlahə Avropanın siması artıq bir dəfə nominal dəyəri 2 avro olan qəpiklərdə istifadə olunub. Yenilənmiş pulları 2012-ci ildə emissiya etmək planlaşdırılırdı, amma borc böhranına görə bu proses təxirə salındı. Onu da qeyd etmək lazımdır ki, 2002-ci ildən bəri avroların zahiri görünüşü heç bir dəyişikliyə uğramayıb.