20 C
Baku
Monday, October 7, 2024

“Avromed” nazirliyin qurumundan 39 milyon manatlıq sifariş aldı

Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxs “Avromed Company” QSC ilə 39 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə dərman preparatları, reaktivlər və tibbi sərf ləvazimatların alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 38 489 987 manatdır.

Ölkə Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər