24 C
Baku
Friday, April 26, 2024

Avronu nə gözləyir? – 2019-cu il üçün proqnoz

Dünya iqtisadiyyatının əsas mərkəzlərindən biri o hesab edilən Avropa İttifqında (Aİ) son günlər müşahidə etdiyimiz  siyasi və iqtisadi məslələr Avrozonanın məzənnəsi üçün “narahatlıq”  yaratmaqda davam edir.

Banker.az saytı iqtisadçı ekspert Vüqar Bayramovun  cari  il üçün avro məzənnəsi ilə bağlı fikirlərinə istinadla məlumat verir ki, 2018-ci ilin  sonunda Avropa Birliyi büdcəsi ilə bağlı əldə edilən razilaşma avroya nəfəs versə də hələlik avrozonadakı təzyiq tam aradan qalxmadığına görə  avro hələ də öz “gərginlik dövrü”-nü yaşayır.

Belə ki, Avropanın bir sıra aparıcı ölkələrindəki siyasi etirazlar avroya təzyiqsiz ötüşmür. Nəticədə avronun dayanıqlılığı zəifləyir.

Bununla belə, Avropa Mərkəzi Bankı 2019-cu ildə uçot stavkasına korrektlər etməyi düşünür.  Bu isə o deməkdir ki, əgər siyasi etirazlar sona yetdərsə, avronun məzənnəsində yenidən möhkəmlənmə müşahidə edilə bilər. Digər tərəfdən, bu il qlobal valyuta bazarında volatilliyin – qeyri-sabitliyin yüksək olacağı da proqnozlaşdırılır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər