16 C
Baku
Saturday, April 20, 2024

Avronun dövriyyəyə buraxılma mərhələləri

Avronun dövriyyəyə buraxılması 3 mərhələyə bölünür. İlk mərhələ 1 yanvar 1999-cu ildə başlayıb. Bu zaman Avro “İqtisadi və Maliyyə birliyi”nə daxil olan üzv dövlətlərdə milli valyuta ilə yanaşı nağdsız əməliyyatlarda istifadə olunmağa başladı.

İkinci mərhələdə Avro nağdlı əməliyyatlar üçün dövriyyəyə buraxıldı və onun milli valyuta ilə paralel dövriyyəsi 1 yanvardan 2002-ci ilin 28 fevralına qədər uzadıldı. Bu mərhələyə uğurla hazırlaşmaq üçün banknot və sikkələrin hazırlanmasına başlanıldı. Banknotlar yeddi növdə – 5, 10, 20, 50, 100, 200 və 500 Avro nominalında olmalı idi. Bu banknotların hər biri Avropa mədəniyyət tarixinin yeddi mərhələsini əks etdirirdi. Həmçinin, hər banknotun üzərində valyutanın adı latın və yunan dillərində yazılmışdır.

Sikkələr ilə isə vəziyyət daha çətin idi. Sikkələr 8 nominalda (1,2,5,10 və 50 avrosent, 1 və 2 Avro) olmalı idi. Bu zaman sikkələrin üz tərəfinin dizaynı hamısında eyni, lakin digər üzünün dizaynı sikkənin zərb edildiyi ölkəyə uyğun şəkildə olmalı idi.

Və nəhayət 28 fevral 2002-ci ildən İqtisadi və Maliyyə birliyinə daxil olan üzv dövlətlərdə milli valyuta ilə bütün ödənişlər dayandırıldı. Bu zaman Avro Avropa İqtisadi və Maliyyə birliyi ərazisində yeganə ödəniş vasitəsinə çevrildi.

Avronun dövriyyəyə buraxılmasının qısa xülasəsi

01.01.1999 – Avro 11 üzv dövlət üçün valyutaya çevrildi. Bu dövlətlər bunlardır: Belçika, Almaniya, İspaniya, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Avstriya, Portuqaliya, Finlandiya.

01.01.1999 – 31.12.2001 – İqtisadiyyatda bütünlüklə Avroya keçid.

19.06.2000 – AİB şurası Yunanıstanda bir valyutanın yaradılması barədə qərar qəbul edir.

01.01.2001 – Yunanıstan şəxsi bir valyuta qəbul edir.

2001-ci ilin sonu. Banklar və böyük pərakəndə satıcıları Avro banknotları və sikkələrlə təmin edilir.

01.01.2002 – Bütün sövdələşmələr Avro ilə həyata keçirilir. Milli valyuta və sikkələrin Avro ilə mübadilə edilməsinin başlanması.

28.02.2002 – Avroya keçidin son mərhələsi. Milli banknot və sikkələr əhəmiyyətini itirməyə başlayır.

Son xəbərlər
Digər xəbərlər