8 C
Baku
Thursday, December 12, 2024

Avronun saxta olmasını necə təyin etmək olar?

Keçən il Avrozonada rekord sayda saxta avro qeydə alınmışdı. Belə ki, bu zaman 899 min saxta avro dövriyyədən çıxarılmışdı və fırıldaqçıların vurduğu ziyan 39 milyon avro dəyərində hesablanmışdı.

2002-ci ildə avro nağd dövriyyəyə çıxarıldığı zaman  17 milyarddan çox banknot və 100 milyard qəpik buraxılmışdı. Təbii ki, hazırda dövriyyədə dövr edən avro banknotları sırasında saxta valyuta da mövcuddur ki, onların bəzilərinin saxta olduğunu yalnızca mütəxəssislər təyin etmək iqtidarındadır.

Fırıldaqçıların qurbanı olmamaq üçün ümumi olaraq saxta valyutanı necə təyin edə bilərik? Ekspertlər saxta banknotların əsas əlamətlərini təyin etmişlər:

  • Valyutaya toxunduqda səthinin hamar olduğu hiss edilir və üzərindəki elementlər relyefə sahib deyil;
  • Valyutanı silkələdikdə xışıltı səsi eşidilmir;
  • Banknotun üzərindəki holoqramlar göyqurşağı effekti yaratmır;
  • Maqnetik qoruma, təhlükəsizlik lenti olmur və yaxud imitasiya edilir;
  • Ultrabənövşəyi işıqlandırma zamanı ulduz dairəsi normadan daha intensivdir.

Avronun saxta olub-olmadığını necə təyin edə bilərik:

  • Saxta olmayan avro banknotunun yuxarı hissəsində Avropa Mərkəzi bankının abbreviaturasının 5 dildə yazılışı qeyd edilir.
  • Avro banknotu xalis pambıqdan hazırlanır və onu qatladıqda adi kağızdan fərqlənir. İnsanın digər sahələrdə bu cür materiala rast gəlməsi mümkün deyil. Bundan əlavə, valyutanın əsas hissəsində təsvirin bəzi elementləri toxunduqda hiss edilən relyefliyə sahibdir.
  • Avronun seriya nömrəsi bir hərf və 8 rəqəmdən ibarətdir. Həmin hərfi onun ingilis əlifbasında tutduğu sıra nömrəsi ilə əvəz edin. Əldə edilən rəqəmə banknotun seriya nömrəsində rəqəmləri əlavə edin. Nəticədə 2 rəqəmli bir say əmələ gəlir. Bu sayın isə ilk rəqəmini digərinin üzərinə gəldikdə 8 rəqəmi əldə edilməlidir.
  • Banknota işıq altında baxdıqda üzərində qara şaquli zolaq əmələ gəlir. Bu üzərində EURO yazılan təhlükəsizlik lentidir.

euro_stripe1

Qeyd edək ki, avro Avrozonanın 19 dövlətinin rəsmi valyutasıdır. Bu ölkələr isə Avstriya, Belçika, Almaniya, Yunanıstan, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa və Estoniyadır. Bundan əlavə, daha 9 ölkə avrodan milli valyuta olaraq istifadə edir.

Son xəbərlər
Digər xəbərlər