Banklar tərəfindən kreditləşmə sahəsində göstəricilər Avropa ölkələrinin iqtisadiyyatlarının dərin tənəzzülə uğradığını göstərir.
Bu barədə Britaniyanın “UnHerd” nəşri yazıb.
Qeyd olunub ki, bu tənəzzülün əvvəlki vaxtdan, yəni 2008-2009-cu illərdə olduğundan daha şiddətli olacağı gözlənilir. Vəziyyət ondan fərqli olacaq ki, maliyyə böhranı tədricən inkişaf edib, qarşıdakı böhran isə sürətlə inkişaf edə bilər.
Nəşr vurğulayıb ki, kommersiya sektorunda kreditlərə tələbin həcmi tarixi minimum həddədir və bu fakt həyəcanvericidir.
Bununla belə, Avropada tənəzzülün olmadığına dair əlamətlər var. Belə ki, işsizlik səviyyəsi çox aşağı səviyyədədir.
“Bir şey dəqiqdir: bankların kreditləşməsi sorğusuna əsasən, Avropa iqtisadiyyatı qibtə olunmaz vəziyyətdədir”, – müəllif yekunlaşdırır.