2 C
Baku
Saturday, December 14, 2024

Avropa anbarlarında qaz ehtiyatları 70%-dən aşağı düşüb

Havaların isti keçməsi Avropaya yanacağa qənaət etməyə imkan yaradıb. Buna baxmayaraq, yeraltı anbarlarda qaz ehtiyatlarının səviyyəsi 70 faizdən aşağı düşüb.

“Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, hazırda Avropanın qaz anbarları 69,14 faiz doludur. Qaz ehtiyatları 2020-ci və 2023-cü ilin eyni dövrü ilə müqayisədə az olsa da, son beş ilin analoji dövrlərində qeydə alınan orta göstəricidən 14 faiz çoxdur.

2024-cü ilin yanvar ayı ilkin proqnozlardan daha isti keçib, lakin orta temperatur əvvəlki ilə nisbətən 2 dərəcə aşağı olub. Fevral ayı üçün hava proqnozu temperaturun iqlim normasından bir dərəcə yüksək olacağını göstərir.

Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti hazırda 321 dollardır. Avropada külək generasiyası fevralın əvvəlindən regionun elektrik enerjisinə olan tələbatının orta hesabla 25 faizini təmin edib. Ötən ilin analoji dövründə bu göstərici 16 faiz, 2024-cü ilin yanvar ayında isə 22 faiz olub.

Qeyd edək ki, Avropada təbii qaz ehtiyatlarının səviyyəsi qlobal bazar üçün əsas göstəricilərdən biridir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər