9 C
Baku
Thursday, December 12, 2024

Avropa Azərbaycandan qaz idxalını artırıb

2022-ci ilin ikinci rübündə Avropanın Azərbaycandan qaz idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 milyard kubmetr artıb.

Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) hesabatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə qeyri-Rusiya mənbələrindən boru kəmərləri ilə idxal il ərzində 3,8 milyard kubmetr (10 faiz) artaraq 41,1 milyard kubmetr təşkil edib.

“Norveçdən tədarük 4,5 milyard kubmetr, Azərbaycandan 0,9 milyard kubmetr artıb. Eyni zamanda Şimali Afrikadan tədarük 1,6 milyard kubmetr azalıb. 2021-ci ilin ikinci rübündə Trans-Adriatik boru kəmərinin (TAP) nəql gücü artmaqda davam edirdi. TAP tam buraxılış gücünə 2021-ci ilin dördüncü rübündə çatıb. Ona görə də, qışın əvvəlində bu marşrutla qaz tədarükünün illik müqayisədə artımını gözləmək olmaz”, – hesabatda deyilir.

Son xəbərlər
Digər xəbərlər