Banker.az xəbər verir ki, Europol rəhbəri çirkli pulların yuyulması sahəsinə nəzarəti gücləndirməyə çağırıb. Agentlik buna çirkli pulların yuyulması həcminin bütün Avropa İttifaqı ölkələrində rekord göstəricilərə çatmasına baxmayaraq, bu sahədə pozuntuların nəzərdən keçirilmədiyini aşkar etdikdən sonra qərar verib.
Reuters agentliyi qeyd edir ki, avropalı bankların çirkli pulların yuyulmasında iştirak etməsində şübhəli bilinməsinə baxmayaraq, 10 belə haldan yalnız 1-i müvafiq orqanlar tərəfindən araşdırılıb. Europol bununla əlaqədar olaraq, banklardan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təqdim etdikləri məlumatlara daha məsuliyyətli yanaşmağı tələb edib.
Europol tərəfindən edilmiş təhlil çirkli pulların həcminin daim artdığını göstərir – 2014-cü ildə demək olar ki, 1 milyon şübhəli tranzaksiya qeydə alınıb ki, bu da keçən il qeydə alınmış göstəricidən 17% çoxdur.
Verilən məlumatlarda qeyd edilir ki, Avropada çirkli pulların yuyulmasında şübhəli bilinən tranzaksiyaların üçdə ikisi Böyük Britaniya və Hollandiyada həyata keçirilir. Bu isə qismən London və Amsterdamın Avropanın iki nəhəng maliyyə mərkəzi olması ilə bağlıdır.