Avropa Komissiyası, 26 növ polad məmulatının idxalına üç ilədək yekun qoruyucu tədbirləri tətbiq edir.
Banker.az xəbər verir ki, bu haqda AK-nın mesajında deyilir.
“Komissiya polad məhsullarının idxalatı üçün son qoruyucu tədbirləri təqdim edir. Bu tədbirlər, sabah 2 fevralda qüvvəyə minəcək”, – mesajda deyilir.
Tədbirlər 26 növ polad məhsulları kateqoriyasına aiddir və özündə müəyyən olunmuş kvotaları ehtiva edir. İdxal kvotanı aşdığı halda, 25% cuvarında rüsum tətbiq ediləcək.
Bu tədbirlər, Avropa polad istehsalçılarını, polad və alüminium məhsulları üzrə Vaşinqtonun idxal rüsumlarının artması səbəbindən dünyanın müxtəlif yerlərindəki istehsalçılar tərəfindən AB təchizatlarının köçürülməsi ilə əlaqədar olan polad məhsulların axınından qorunması üçün nəzərdə tutulmuşdu.
ABŞ mart ayında polad məhsulları üzrə idxal rüsumlarını 25%, alüminium isə 10% səviyyəsində müəyyən edib. AB-nə münasibətdə isə yeni qaydalar iyun ayında qüvvəyə minəcək. Avropa Birliyi bu məsələyə üç istiqamətə cavab vermişdir: 1 iyun tarixində ÜTT-də bu məsələni müzakirəyə çıxararaq, sonra ABŞ-dan Avropa Birliyinə təxminən 2,8 milyard avro dəyərində bir sıra malların idxalına 25%-lik əlavə dəyər vergisini tətbiq edib.
Eyni zamanda, Avropa Komissiyası mart ayında polad bazarının yenidən qiymətləndirilməsinə başlayıb.