5 C
Baku
Tuesday, February 11, 2025

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.

“Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüm oldu. Söhbət Ukraynaya daha 2 milyard dollar dəstəkdən gedir, bunlar enerji, mənzil proqramları, infrastruktur layihələrinə ayrılan vəsaitdir. Köməyə görə minnətdaram”, – Zelenski deyib.

Bundan əvvəl ölkənin baş naziri Denis Şmıqal bəyan etmişdi ki, AİB Ukraynada 116,5 milyon avro məbləğində sosial layihələri maliyyələşdirəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər