12 C
Baku
Sunday, October 27, 2024

Avropa İttifaqı Azərbaycanda yeni tvininq layihəsinin icrasına başlayacaq

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu ilə birlikdə yaxın iki ay ərzində yeni tvininq layihəsinin icrasına başlayacaq.

Bunu  açıqlamasında Avropa İttifaqının layihə rəhbəri Rayner Frönd bildirib.

“Bu layihə xüsusilə kənd təsərrüfatı üçün aktualdır, hidrogeologiya sahəsində imkanları yaxşılaşdıracaq, hava və iqlim dəyişikliyini daha dəqiq proqnozlaşdırmaqda kömək edəcək. Hidrometallurgiya İnstitutu aqrar sektora uyğun məhsullar təqdim etməklə fermerlərə gözlənilən təbiət hadisələrinə (məsələn, yağışa) uyğun olaraq əkin vaxtını təyin etməkdə kömək edəcək. Bir sözlə, iqtisadiyyata və insanlara effektiv xidmətlər göstərmək üçün çox vacib bir layihədir. Layihənin büdcəsi 1,5 milyon ABŞ dollarıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər