6 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Belarusdan olan 38 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiya tətbiq edəcək.

Bu barədə “Politico” nəşri Aİ diplomatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukraynada döyüş əməliyyatlarında istifadə oluna bilən pilotsuz uçuş aparatlarının (PUA), kompüter avadanlıqlarının, eləcə də aviasiya sahəsinə aid ehtiyat hissələrinin ixracına məhdudiyyətlər qoyulacaq.

Bu sanksiyalar siyahısına 38 fiziki və 3 hüquqi şəxsi daxil ediləcək.

Həmçinin əlavə olunub ki, Aİ üzv ölkələrin səfirləri Belarus gübrələrinin İttifaq ölkələrinə idxalına qadağanın yeni məhdudiyyətlər paketinə daxil edilməsi ilə bağlı razılığa gələ bilməyiblər.

Diplomatik mənbələrdən daxil olan məlumatda o da deyilib ki, Aİ Belarusa qarşı sanksiyalar rejimini Rusiyaya qarşı məhdudiyyətlərlə tam sinxronlaşdırmaq niyyətindədir. Belə ki, Minskə göndərilməsi qadağan edilən malların siyahısı Rusiya ilə eyni olmalıdır, lakin Brüssel buna yalnız mərhələli şəkildə nail ola biləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər