10 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı COVID-19-un yeni dalğasına hazırlaşır

Avropa İttifaqı payızda COVID-19-un yeni dalğası gələnədək öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq niyyətindədir.

Avropa Parlamentində əczaçılıq sənayesinin nümayəndələri deputatlarla ikinci nəsil peyvəndlərin istehsalını müzakirə ediblər.

Sentyabrın 1-də Avropa Dərman Agentliyi “BioNTech/Pfizer” və “Moderna”nın yeni versiyalarının tətbiqinə razılıq verib. Avropa Komissiyası isə üzv dövlətlərdən təcili olaraq milli peyvənd strategiyalarını hazırlamağı xahiş edib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin proqnozuna görə, kifayət qədər sakit yaydan sonra bir neçə ölkə yoluxma hallarında artım görə bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər