17 C
Baku
Monday, April 29, 2024

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı İrandan olan beş fiziki və iki hüquqi şəxsə sanksiya tətbiq edib.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Beləliklə, hazırda Aİ-nin sanksiya siyahısına salınan iranlı fiziki şəxslərin sayı 216-ya və hüquqi şəxslərin sayı 37-ə çatıb.

Bildirilir ki, İran Hüquq-Mühafizə Qüvvələrinin Tehran Polisinə Yardım Dəstəsinin komandiri, iranlı etirazçıları müdafiə edən vəkil Məryəm Arvinin ölümündə əli olduğu güman edilən şəxs, İran polis məmuru, İranın Kiberməkan Ali Şurasının katibi, kiberməkanda hücum edən şəxs “qara siyahı”ya salınıb.

Bu şəxslərin Avropa İttifaqındakı aktivləri bloklanacaq, Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və Avropa İttifaqı vətəndaşlarına bu şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun Kooperativ Fondu və Bəsic tələbə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər