Avropa İttifaqı bu həftə iyulun 1-dən üçüncü ölkələrlə sərhədlərin açılmasına başlamaq üçün təkliflər hazırlamaq niyyətindədir.
Banker.az xəbər verir ki, bu haqda Aİ-nin ali nümayəndəsi Jozep Borrel məlumat verib.
“Bu həftə idarə heyəti sərhədlərin açılması məsələsini bir daha müzakirə edəcək və iyulun 1-dən koronavirus məhdudiyyətlərin mərhələli şəkildə ləğv edilməsi təklifi irəli sürüləcək”, – Avropa diplomatiyasının rəhbəri bildirir. O, izah etdi ki, Avropa İttifaqı ölkələri Avropa Komissiyası tərəfindən dəstəklənəcək ortaq yanaşma inkişaf etdirməyə çalışırlar.
Aİ-nin daxili sərhədlərinə gəldikdə, İttifaq daxilində könüllü səfərlərə qoyulan bütün məhdudiyyətlər iyun ayının sonunadək aradan qaldırılmalıdır.
Xatırladaq ki, ötən həftə keçirilən videokonfrans zamanı Avropanın daxili işlər nazirlərinin əksəriyyəti məhdudiyyətlərin uzadılmasına səs verdi.
Bildirildiyi kimi, koronavirusun yayılması ilə əlaqədar olaraq, Avropa İttifaqı daxilindəki hərəkət mart ayının ortalarında dayandırılmışdır.