17 C
Baku
Saturday, May 4, 2024

Avropa İttifaqı Nigeriyanın enerji sektoruna 40 milyon dollar sərmayə qoyacaq

Avropa İttifaqı Nigeriyanın enerji sektoruna 40 milyon ABŞ dolları həcmində investisiya yatıracağını vəd edib.

Bu barədə Avropa İttifaqının Nigeriya nümayəndəliyinin rəhbəri Samuela Isopi ilə energetika naziri Adebayo Adelabu arasında paytaxt Abucada keçirilən görüşdə məlumat verilib.

Samuela Isopi vəd edilən dəstəyin ölkənin energetika sektorunun kritik problemlərinin həllinə yönəldiyini, xüsusən səhiyyə müəssisələri üçün uyğun olan kiçik hidroenergetika və günəş generatorlarının inkişafı kimi təşəbbüslərə yönələcəyini bildirib. Aİ nümayəndəsi, həmçinin investisiyanın həm təcrid olunmuş, həm də bir-birinə bağlı kiçik şəbəkələri əhatə edən kəndlərin elektrikləşdirilməsi layihələrinə də şamil ediləcəyini vurğulayıb.

Adebayo Adelabu isə öz növbəsində Nigeriyanın enerji sektorunun üzləşdiyi problemləri həll etmək üçün daha çox dəstəyə ehtiyacları olduğunu qeyd edib.

Nigeriya hökuməti iqtisadi problemlərin həllinə yönələn islahatlar çərçivəsində elektrik enerjisi sahəsinə subsidiyaları dayandıracağını açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər