13 C
Baku
Friday, April 19, 2024

Avropa İttifaqı ölkələri

Avropa İttifaqına daxil olan üzv dövlətlər bir strukturda birləşmiş demokratik dövlətlərdir. Milli müstəqilliyini qoruyaraq eyni zamanda üzv dövlətlər daxili və xarici siyasətin müxtəlif sferalarına aid ümumi kurs keçməlidirlər.

Avropa İttifaqının yaranma tarixi öz başlanğıcını 1950-ci ildən götürür. Bu zaman Fransanın xarici işlər naziri Robert Şuman Fransa və Almaniyanın (AFR) kömür və polad sənayesini birləşdirməyi təklif etmişdi.

Daha sonradan inkişaf edən digər Avropa ölkələri ardıcıl olaraq danışıqlara qoşuldular və Kopenhagen meyarlarına uyaraq Avropa İttifaqının tərkibini tamamlamışlar. Hazırda Avropa İttifaqına daxil olan ölkələrin sayı 27-dir.

Bundan başqa, daha dörd ölkə bu ittifaqa namizəd olaraq qalır. Bunlar İslandiya, Xorvatiya, Türkiyə və Makedoniyadır.

Avropa İttifaqına daxil olan ölkələrin siyahısı

  Aİ-na üzv dövlətlər Paytaxt Aİ-na daxil olduğu il
1 Avstriya Vena 1995
2 Belçika Brüssel 1957
3 Bolqarıstan Sofiya 2007
4 B.Britaniya London 1973
5 Macarıstan Budapeşt 2004
6 Almaniya Berlin 1957
7 Yunanıstan Afina 1981
8 Danimarka Kopenhagen 1973
9 İrlandiya Dublin 1973
10 İspaniya Madrid 1986
11 İtaliya Roma 1957
12 Kipr Nikosiya 2004
13 Latviya Riqa 2004
14 Litva Vilnüs 2004
15 Lüksemburq Lüksemburq 1957
16 Malta Valletta 2004
17 Niderland Amsterdam 1957
18 Polşa Varşava 2004
19 Slovakiya Bratislava 2004
20 Sloveniya Lyüblyana 2004
21 Portuqaliya Lissabon 1986
22 Ruminya Buxarest 2007
23 Finlandiya Helsinki 1995
24 Fransa Paris 1957
25 Çexiya Praqa 2004
26 İsveç Stokholm 1995
27 Estoniya Tallin 2004

Ölkələrin Avropa İttifaqına daxil olma xronologiyası

Avropa İttifaqı bir anda yaranmamışdır və bu proses bu gün də davam edir. Ölkələrin bir strukturda birləşməsinin əsası 1951-ci ildə AFR, Belçika, Niderland, Lüksemburq, Fransa və İtaliyanın kömür və polad sənayesinin birləşdirilməsi barədə olan Avropa sazişinin imzalanması ilə qoyuldu. Bu saziş 1952-ci ilin iyulunda qüvvəyə mindi.

1957-ci il martın 25-də Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Niderland Avropa İqtisadi Birliyinin və yaradılması EAEC-ın yaradılması barədə müqavilə imzaladılar.

1996-cı ilin yanvarında Sloveniya və Çexiya Avropa İttifaqına daxil olma arzularını bildirmişlər.

1997-ci ilin iyulunda Avropa Komissiyası Aİ-nın genişləndirilməsi barədə Agenda 2000 proqramını yaratmışdır.

1998-ci ilin martında Kipr, Polşa, Macarıstan, Sloveniya, Estoniya və Çex Respublikası ilə Aİ-ə daxil olmaları barədə danışıqlar başlanıldı.

2000-ci il oktyabrın 26-da Parisdə genişlənmə ilə bağlı ilk Sənaye Forumu öz işinə başlamışdı. Forumda Aİ-ə üzv-dövlətlər və namizəd ölkələr iştirak edirdi.

2000-ci ilin 8 noyabrında Avropa Komissiyası nəticələr barədə regulyar hesabat nəşr etmişdi.

1972, 1994-cü illərdə Norveçin Avropa İttifaqına daxil olması barədə iki dəfə referendum keçirilmişdi. Birinci referendum ölkənin, ikincisi isə ölkənin kənd təsərrüfatının məhdud müstəqilliyə sahib olacağından ehtiyatlanaraq ləğv olunmuşdu

Norveç, İslandiya və İsveçrə Avropa İttifaqına üzv olmasalar da, Şengen zonasına daxildirlər. Qrenlandiya isə 1985-ci ildə Avropa İttifaqının tərkibindən çıxmışdı.

Son xəbərlər
Digər xəbərlər